Qazaxıstan Astananı Avropadakı münaqişələrin həlli üçün meydança kimi təklif edib

Qazaxıstan Astananı Avropadakı münaqişələrin həlli üçün meydança kimi təklif edib Astana bütün bu münaqişə tərəfləri ilə yaxşı münasibətlərə malikdir
Digər ölkələr
21 Fevral , 2017 23:08
Qazaxıstan Astananı Avropadakı münaqişələrin həlli üçün meydança kimi təklif edib

Bakı. 21 fevral. REPORT.AZ/ Qazaxıstan Avropada mövcud münaqişələrin diplomatik yolla həlli üçün paytaxt Astananı əlavə meydança qismində təklif edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Avropadakı mövcud münaqişələrə həsr olunmuş iclası çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

"Ölkəmin Avropada təəssüf ki, baş verən və hələ ki, öz həllini tapmayan münaqişələrlə bağlı mövqeyi yaxşı məlumdur. Qazaxıstan bu münaqişələrdə iştirak edən ölkələrin hamısı ilə yaxşı münasibətdədir…Ona görə, biz hesab edirik ki, Astana platforması beynəlxalq hüququn əsas prinsiplərinə bağlılıq və etimadın bərpa olunması üçün əlavə müstəqil meydança ola bilər", — deyə o bildirib.

Çərşənbə axşamı BMT TŞ-də Ukrayna, Gürcüstan, Balkanlar və Avropanın digər regionlarında mövcud münaqişələrə həsr olunmuş iclas keçirilir.

Son xəbərlər

Orphus sistemi