​"Qatar Airways"in təyyarəsi burulğana düşüb, 40 nəfər yaralanıb

​"Qatar Airways"in təyyarəsi burulğana düşüb, 40 nəfər yaralanıb İnsident şənbə günü Doha-Manila reysi zamanı baş verib
Digər ölkələr
6 Sentyabr , 2015 16:26
​Qatar Airwaysin təyyarəsi burulğana düşüb, 40 nəfər yaralanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Qatar Airways" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsinin güclü burulğan zonasına düşməsi nəticəsində üçü uşaq olmaqla təqribən 40 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Filippinin Mülkü Aviasiya İdarəsi məlumat yayıb.

Hadisə şənbə günü Doha-Manila reysi zamanı baş verib.

"Manilaya yaxınlaşan zaman kapitan prioritet eniş istəyib, çünki təyyarənin göyərtəsində yaralılar olub. Onlardan üçü uşaq, ikisi heyət üzvü olub", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi