Yuxarı

Qaşıqçının nişanlısı Trampı cinayətlə bağlı mövqeyini dəyişməyə çağırıb

​Qaşıqçının nişanlısı Trampı cinayətə olan mövqeyini dəyişməyə çağırıb

Bakı. 9 fevral. REPORT.AZ/ Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Cengiz ABŞ prezidenti Donald Trampı bu cinayətlə bağlı mövqeyini dəyişməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Cengiz Türkiyədə nəşr olunan və yerli jurnalistlərin ondan aldıqları müsahibə şəklində yazılan "Camal Qaşıqçı: həyatı, mübarizəsi və sirləri" kitabının İstanbulda təqdimatı zamanı bu bəyanatla çıxış edib.

O, kitabı "emosional" adlandırıb, çünki Qaşıqçı burada ona yaxın insanların jurnalisti tanıdıqları kimi təqdim olunmayıb.

"O (Tramp), bu məsələ ilə bağlı yeni mövqe tutarsa, biz çox şad olarıq", - deyə Xədicə NTV telekanalının efirində bildirib.

Cengiz nişanlısının qatillərinin cəzalandırılacağına, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səudun isə "düşüncəli davranaraq" Türkiyənin cinayətin araşdırılması üzrə səylərini dəstəkləyəcəyinə ümid bəslədiyini bildirib.

"Bizim üçün meyitin tapılması və yaxınlarının onun üçün dua edəcəyi yerin olması vacibdir", - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi