Qara dəniz sahillərində 130 kq kokain tapılıb

Qara dəniz sahillərində 130 kq kokain tapılıb Rumıniya hüquq-mühafizə orqanları əməkdaşları Qara dəniz sahilində ümumi çəki 130 kiloqram olan kokain paketlərini tapıblar.
Digər ölkələr
8 Aprel , 2019 04:17
Qara dəniz sahillərində 130 kq kokain tapılıb

Rumıniya hüquq-mühafizə orqanları əməkdaşları Qara dəniz sahilində ümumi çəki 130 kiloqram olan kokain paketlərini tapıblar. 

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Bildirilir ki, hadisədən sonra əraziyə nəzarət etmək üçün təxminən 300 polis əməkdaşı və 14 sahil gəmisi göndərilib.

Rəsmi versiyaya görə, tapılan paketlər iki həftə əvvəl kimsəsiz katerdə aşkarlanan 1 ton həcminəki kokainin müəyyən hissəsi ola bilər.

Hadisədə şübhəli bilinən 2 serb nəzarətə alınıb.

Digər ehtimal da var ki, Latın Amerikası ölkələrindən Avropa ölkələrinə narkotik maddələrin tranziti Rumıniya ərazisindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi