Qambiyanın sabiq prezidenti ölkəni tərk edib

Qambiyanın sabiq prezidenti ölkəni tərk edib Camme bir müddət Qvineyada qalacaq
Digər ölkələr
22 Yanvar , 2017 03:02
Qambiyanın sabiq prezidenti ölkəni tərk edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Qambiyanın 1 dekabr 2016-cı il tarixində seçkiləri uduzan sabiq prezidenti Yəhya Camme yanvarın 21-də şəxsi təyyarə ilə ölkəni tərk edib.

“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

22 ildən çox hakimiyyətdə qalan Camme Banjul şəhərinin hava limanına Qvineya prezidenti Alfa Konde ilə gəlib. Daha sonra onlar bir yerdə təyyarəyə miniblər. Agentliyin məlumatına görə, Camme bir müddət Qvineyanın paytaxtı Konakridə olacaq.

Camme 1994-cü ildən hakimiyyətdədir və postunu beynəlxalq ictimaiyyətin təzyiqi altında tərk edib və yerini yeni seçilmiş prezident Adama Barrouya təhvil verib.

Son xəbərlər

Orphus sistemi