Qambiyada hərbi əməliyyatlar dayandırılıb

Qambiyada hərbi əməliyyatlar dayandırılıb Afrika dövlətləri Yəhya Cammeyə yanvarın 20-si günorta saatlarına qədər şansı verib
Digər ölkələr
20 Yanvar , 2017 02:37
Qambiyada hərbi əməliyyatlar dayandırılıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (QADİB) Qambiyada hərbi əməliyyatları dayandırıb.

"Report" xəbər verir ki, bu barədə QADİB məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar prezidentlik müddəti başa çatan Yəhya Cammeyə yanvarın 20-si günorta saatlarına qədər hakimiyyəti yeni dövlət başçısına təhvil vermək şansı yaratmaq üçün dayandırılıb.

Son xəbərlər

Orphus sistemi