Qahirə-İstanbul reysi təyyarəyə bomba qoyulması xəbərinə görə həyata keçirilməyib

Qahirə-İstanbul reysi təyyarəyə bomba qoyulması xəbərinə görə həyata keçirilməyib Hazırda təyyarə ehtiyat zolağa aparılıb və təhlükəsizlik xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılır
Digər ölkələr
28 Yanvar , 2016 19:52
Qahirə-İstanbul reysi təyyarəyə bomba qoyulması xəbərinə görə həyata keçirilməyib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Misirin paytaxtı Qahirə şəhərindən Türkiyənin İstanbul şəhərinə uçmalı olan “EgyptAir” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtəsinə bomba qoyulması barədə məlumat səbəbindən saxlanılıb.

"Report"un TASS-a istinad verdiyi məlumata görə, Qahirə beynəlxalq hava limanının yetkililərinə xarici ölkə səfirliklərinin birindən zəng edərək elektron ünvanlarına İstanbula uçan təyyarənin partladılacağı barədə hədələrin göndərildiyini bildirib. Hava limanının təhlükəsizlik xidməti uçuşa cəmi bir neçə dəqiqə qalmış layneri saxlayıb.

Hazırda təyyarə ehtiyat zolağa aparılıb və təhlükəsizlik xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılır. Aeroportda yoxlamanın iki saata yaxın davam edə biləcəyini deyiblər. Bu zaman ərzində bütün sərnişinlər, baqaj və təyyarənin özü yenidən yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi