Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib

Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib Bakı. 17 dekabr. REPORT.AZ/ Kolumbiyada yazıçı Qabriel Qarsiya Markesin qohumu girovluqdan azad edilib.
Digər ölkələr
17 Dekabr , 2018 22:21
Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Kolumbiyada yazıçı Qabriel Qarsiya Markesin qohumu girovluqdan azad edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti İvan Duke deyib.

"Kolumbiya silahlı qüvvələri və polisinin Maqdalena departamentində həyata keçirdiyi qüsursuz əməliyyat nəticəsində Melisa Martines Qarsiyanı xilas etmək mümkün olub", - deyə Duke bildirib.

O qeyd edib ki, yazıçının qardaşı qızı bu ilin avqustunda oğurlanıb. Onu kimin və nə üçün oğurladığı məlum deyil. Duke oğruları "quldur dəstəsi" adlandırıb və hüquq-mühafizə orqanlarına gördükləri işə görə təşəkkürünü bildirib.

Qarsiya Markes 2014-cü ilin aprelində Mexiko şəhərində vəfat edib.

Son xəbərlər

Orphus sistemi