Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkəsinin "Su-24" döyüş təyyarəsinin Suriyada vurulmasını "arxadan zərbə" adlandırıb.
"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, o, İordaniya kralı II Abdulla ilə görüşdə bildirib ki, Rusiya təyyarəsi Türkiyənin "F-16" qırıcılarının "Hava-hava" raketi vasitəsilə vurulub
"Su-24" Suriyada terrorçuluğa qarşı mübarizə çərçivəsində vurulub. Bu zərbə terrorçuların himayədarları tərəfindən Rusiyaya arxadan zərbədir", - o vurğulayıb.