Vladimir Putin: "Skripal və qızının zəhərlənməsi işi üzrə şübhəlilər Rusiya hökumətinə məlumdur"

Vladimir Putin: "Skripal və qızının zəhərlənməsi işi üzrə şübhəlilər Rusiya hökumətinə məlumdur" Rusiya Prezidenti onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb
Digər ölkələr
12 Sentyabr , 2018 11:28
Vladimir Putin: Skripal və qızının zəhərlənməsi işi üzrə şübhəlilər Rusiya hökumətinə məlumdur
Михаил Метцель / ТАСС
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi işi üzrə şübhəli şəxslər Rusiya hökumətinə məlumdur".

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, bunlar mülki şəxslərdir. Dövlət başçısı onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey S.Skripal və qızının zəhərlənməsində rəsmən Rusiyanı ittiham edib. Onun sözlərinə görə, əməliyyat, çox güman, Kreml tərəfindən razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi