Putin: "Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqlarının üzünə tüpürməkdir"

Putin: "Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqlarının üzünə tüpürməkdir" Prezident: "Ukrayna Saakaşvilinin etdiklərinə necə dözür?"
Digər ölkələr
14 Dekabr , 2017 15:22
Putin: Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqlarının üzünə tüpürməkdir
Sputnik/ Alexei Druzhinin

Bakı. 14 dekabr. REPORT.AZ/ "Saakaşvilinin etdikləri Gürcüstan və Ukrayna xalqının üzünə tüpürməkdir! Ümumiyyətlə, buna necə dözürsüz?!"

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ilə bağlı vəziyyəti şərh edərkən deyib.

"Ukraynada əsl ukraynalı yoxdur məgər? Buna baxmaq üzücüdür, bu vəziyyətə ürəyim ağlayır", - V.Putin bildirib.

Ukraynanın şərqindəki münaqişənin həlli barədə danışan V.Putin Ukraynadakı vəziyyətin həllində Minsk formatının effektivliyinin aşağı olduğunu söyləyib.

"Kiyevin Minsk razılaşmalarını həyata keçirmək istəyi yoxdur. Real siyasi prosesə başlamağı istəmirlər", - V.Putin deyib.

O, ABŞ-ın Ukraynadakı vəziyyətin nizamlanması prosesinin tamhüquqlu üzvü olduğunu və Rusiyanın onların Normand formatına daxil olmasına qarşı çıxmadığını qeyd edib.

O, bu ölkədəki vəziyyəti "faciə" kimi təsvir edib və bu faciənin mənbəyini dövlət çevrilişində və hakimiyyətin konstitusiyaya zidd şəkildə ələ keçirilməsində axtarılmalı olduğunu bildirib.

"Donbas ərazisində Rusiya ordusu yoxdur, ancaq xüsusi milis qrupları yaradılıb. Onlar Donbasa qarşı istənilən miqyaslı aksiyaların qarşısını almağa qadirdir", - Rusiya prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi