Putin, Merkel və Makron arasında telefon danışığı oldu

Putin, Merkel və Makron arasında telefon danışığı oldu Rusiya prezidenti Vladimir Putin, Fransanın dövlət başçısı Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli telefon danışığı olub.
Digər ölkələr
21 Fevral , 2020 00:34
Putin, Merkel və Makron arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin, Fransanın dövlət başçısı Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli telefon danışığı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, Putin, Makron və Merkel Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.

Rusiya və Fransa prezidentləri, habelə Almaniya kansleri danışıqlarda İdlibdə yaranmış vəziyyətə xüsusi diqqət ayırıblar. Putin Suriyanın müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi ilə terror təhlükəsini zərərsizləşdirmək zərurətini qeyd edib.

Öz növbəsində, Makron və Merkel İdlibdə gərginliyin azaldılmasına imkan yaratmağa hazır olduqlarını bildiriblər. Tərəflər həmçinin dinc əhali üçün humanitar fəsadlara yol verilməməsinin əhəmiyyətini nəzərə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi