Yuxarı

Putin: "MDB ölkələri sabitlik və təhlükəsizliyi gücləndirəcək, inteqrasiyanı inkişaf etdirəcək"

Putin: "MDB ölkələri sabitlik və təhlükəsizliyi gücləndirəcək, inteqrasiyanı inkişaf etdirəcək"

Bakı. 26 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə bəyan edib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik gücləndirilməsi istqamətində üzrə işi davam etdirəcəklər.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Əminəm ki, MDB çərçivəsində müxtəlif sahələridə əlaqələrin sonrakı dərinləşməsi xalqlarımızın əsas maraqlarına cavab verir. Sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik," - deyə V.Putin bildirib.

Rusiya prezidenti ölkələr arasındakı əmtəə dövriyyəsinin kəskin artımını da qeyd edib. Belə ki, 10 ay ərzindəki məlumata görə, dovriyyə 1/3 artıb.

Rusiya prezidentinin sözlərinə görə, il ərzində quruma daxil üzv ölkələri arasında inteqrasiya, xidmətlərin üzv ölkələrə daşınması üzrə maneələrin aradan qaldırılması, terrorçuluqla mübarizə istiqamətlərində mühüm səylər göstərilib.

"MDB ölkələri terrorçuluqla mübarizə, transsərhəd cinayətlər və narkotraffikə dair əməkdaşlığı genişləndirir", – deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi