Yuxarı

Putin İŞİD terrorçularının sayını açıqlayıb

Putin İŞİD terrorçularının sayını açıqlayıb
Onların sıralarında dünyanın 80 ölkəsindən muzdur döyüşür
© Courtesy İmage

Bakı. 15 iyun. REPORT.AZ/ İŞİD terror qruplaşması üzvlərinin sayı təqribən 80 min nəfərdir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stounun "Showtime" telekanalında yayımlanan film üçün verdiyi müsahibəsində deyib.

"İŞİD çərçivəsində terrorçuların təqribi sayı 80 min nəfərdir. Onlardan 30 mini dünyanın 80 ölkəsindən, o cümlədən Rusiyadan olan muzdurlardır", — deyə Putin bildirib.

Sözügedən müsahibə 2015-ci ilin iyulundan 2017-ci ilin fevralınadək olan müddət ərzində lentə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi