Yuxarı

Puerto-Rikoda qasırğa nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb

Puerto-Rikoda qasırğa nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb
Daha iki nəfər qasırğanın dolayı səbəblərindən dünyasını dəyişib

Bakı. 10 dekabr. REPORT.AZ/ Puerto-Rikoda "Mariya" qasırğası nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli ictimai təhlükəsizlik departamentinə istinadən CNN məlumat yayıb.

Bildirilir ki, daha iki nəfər qasırğanın dolayı səbəblərindən dünyasını dəyişib.

"Bu ölümlər diqqətimizi cəlb edən halların əlavə araşdırılması zamanı müəyyən edilib", — deyə telekanal departament katibi Hektor M. Peskerin sözlərini sitat gətirib.

Qeyd olunur ki, təbii fəlakət qurbanlarının sayı hələ də arta bilər.

Puerto-Rikoda "Mariya" qasırğası sentyabrın 20-də baş verib, o, 4-cü təhlükə dərəcəsinə aid edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi