Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı artıb

Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı artıb Qasırğa qurbanlarının sayı 36 nəfərə çatıb
Digər ölkələr
7 Oktyabr , 2017 02:26
Puerto-Rikoda Mariya qasırğası qurbanlarının sayı artıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Puerto-Rikoda "Mariya" qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatda qasırğa qurbanlarının sayının 34 nəfər olduğu bildirilirdi. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Puerto-Rikoya səfər etmişdi. Mətbuat Ağ Erv rəhbərinin səfər zamanı özünü qəribə apardığını qeyd edirdi.

Ərzağın verilməsi zamanı Tramp "Burada sevgi çoxdur, sevgi çoxdur", - deyərək insanlara basketbol kürələri kimi kağız dəsmallar atırdı. Təbii hadisədən zərər çəkmiş ailəylə görüşü zamanı o, ailə üzvlərinə "yaxşı vaxt keçirməyi" arzulayıb.

Son xəbərlər

Orphus sistemi