Yuxarı

Türkiyə-Rusiya-İran üçtərəfli görüşünün tarixi açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İranın hökumət başçısı Həsən Ruhani arasında görüş fevralın 14-də Soçidə keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Suriyanın yeni Konstitusiyasının hazırlanması üzrə Komitənin yaxın zamanlarda fəaliyyətə başlayacağını bildirmişdi. O, Komitə üzvlərinin siyahısının hazırlandığını da açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi