Maduro Venesuela parlamentinin yeni spikerini ABŞ-ın agenti adlandırıb

Maduro Venesuela parlamentinin yeni spikerini ABŞ-ın agenti adlandırıb Bakı. 7 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.
Digər ölkələr
7 Yanvar , 2019 08:34
Maduro Venesuela parlamentinin yeni spikerini ABŞ-ın agenti adlandırıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"O idarə olunan oyuncaqdır, ABŞ-ın kəşfiyyatının orqanları tərəfindən hazırlanmış agentdir, məhz onlar ona rəhbərlik edirlər", - deyə prezident iddia edib.

Quaido bir neçə gün əvvəl Venesuela parlamentinin rəhbəri vəzifəsinin icrasına başlayıb.

Venesuelanın Milli Assambleyasına müxalifət nəzarət edir.

Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ bu ölkədə dövlət çevrilişi təşkil etməyə çalışıb.

Son xəbərlər

Orphus sistemi