Tramp ABŞ-ın daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb

Tramp ABŞ-ın daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb.
Digər ölkələr
5 Fevral , 2019 00:36
Tramp ABŞ-ın daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların daxili işlər naziri vəzifəsinə namizəd irəli sürüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

Donald Tramp bu vəzifəyə ölkənin daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardın namizədliyini irəli sürüb.

"Daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardın namizədliyinin daxili işlər naziri vəzifəsinə irəli sürüləcəyini xəbər verməyimə şadam", - deyə Tramp yazıb. 

Tramp bundan əvvəl ABŞ-ın kəşfiyyat xidməti orqanlarına inanmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi