Yuxarı

Prezident: "2017-ci il Moldova və Azərbaycan üçün səmərəli və uğurlu oldu" - EKSKLÜZİV

Dövlət başçısı vurğulayıb ki, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək
© РИА Новости / Владимир Астапкович

Kişineu. 11 dekabr. REPORT.AZ/ "Hesab edirəm ki, yola saldığımız il Moldova və Azərbaycan üçün səmərəli və uğurlu keçdi". 

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Moldova Prezidenti İqor Dodon bildirib. 

Bu il Bakıya etdiyi səfərə toxunan dövlət başçısı vurğulayıb ki, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlər iki dost ölkə olan Azərbaycan və Moldova arasında əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək. 

“Bildiyimiz kimi, Moldova Prezidenti qismində mən son illərdə ilk dəfə olaraq Azərbaycana rəsmi səfər etdim. Çox ümid edirəm ki, biz danışdığımız kimi, gələn il Azərbaycan Prezidenti İlham Əliyev də Moldovaya rəsmi səfərə gələcək”.

Xatırladaq ki, Moldova Prezidenti İ.Dodon bu ilin iyun ayının 21-dən 23-dək Azərbaycanda rəsmi səfərdə olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi