Praqa vağzalının əsas binasında yanğın baş verib

Praqa vağzalının əsas binasında yanğın baş verib Binadan təqribən 600 nəfər təxliyyə edlib
Digər ölkələr
13 Dekabr , 2017 04:36
Praqa vağzalının əsas binasında yanğın baş verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün axşam Praqa vağzalının əsas binasında yerləşən restoranlardan birində yanğın baş verib. Binadan təqribən 600 nəfər təxliyyə edlib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə şəhər yanğından mühafizə xidmətinin nümayəndəsi Martin Kavka məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

RİA "Novosti"nin məlumtına görə, yanğına kondisiyalaşdırma sistemində yaranan problem səbəb olub.

Yanğın yerli və beynəlxalq qatarların hərəkətinə heç bir təsir göstərməyib.

Son xəbərlər

Orphus sistemi