Prankerlər respublikaçı senatoru ələ saldılar

Prankerlər respublikaçı senatoru ələ saldılar Prankerlər Vovan və Leksus bu dəfə respublikaçı senator Lindsi Qremi dolayıb.
Digər ölkələr
11 Oktyabr , 2019 06:20
Prankerlər respublikaçı senatoru ələ saldılar

Prankerlər Vovan və Leksus bu dəfə respublikaçı senator Lindsi Qremi dolayıb.

“Report” “Politico”ya istinadən xəbər verir ki, rusiyalı prankerlərdən biri avqustda senatorla Türkiyənin müdafiə naziri Hulusi Akar adından danışıb.

Senatorun ofisi faktı artıq təsdiq edib.

Qeyd olunub ki, Leksus səs yazılarını siyasətçi nümayəndələrilə paylaşıb.

Səs yazılarından anlaşılır ki, Qrem kürd problemi ilə əlaqədar Türkiyəyə rəğbət bəsləyir. Bundan əlavə, senator prankerlə söhbətində kürdləri təhdid adlandırıb.

Son xəbərlər

Orphus sistemi