Portuqaliyanın sabiq baş naziri vergidən yayınmaya görə saxlanılıb

Portuqaliyanın sabiq baş naziri vergidən yayınmaya görə saxlanılıb Sokrateş gecəni təcridxanada keçirməli olub
Digər ölkələr
22 Noyabr , 2014 06:28
Portuqaliyanın sabiq baş naziri vergidən yayınmaya görə saxlanılıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Portuqaliyanın sabiq hökumət başçısı Joze Sokrateş ötən axşam Lissabon hava limanında saxlanılıb.

"Report"-un RBK-ya istinadən verdiyi xəbərə görə, vergidən yayınma, korrupsiya və cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması kimi əməllərdə işturaka görə şübhəli bilinən Sokrateş gecəni təcridxanada keçirməli olub.

Parisdən qayıdarkən Lissabon hava limanına saxlanılan sabiq hökümət başçısı ilə bağlı ilkin qərar isə bu gün məhkəmə tərəfindən açıqlanacaq.

2005-2011 illərdə Portuqaliyanın baş naziri vəzifəsini tutan Sokrateşin ünvanına son illərdə dəfələrlə sərt tənqid səslənmişdi.

Son xəbərlər

Orphus sistemi