Yuxarı

Portuqaliyada avtobus qəzasından sonra matəm elan olunub

Portuqaliyada avtobus qəzasından sonra matəm elan olunub

Portuqaliyanın Madeyra adası hökuməti turist avtobusunun qəzaya uğraması nəticəsində çoxlu sayda insan ölümündən sonra üç günlük matəm elan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, son məlumatlara görə, qəza nəticəsində 29 nəfər həyatını itirib.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, avtobusda alman turistləri olublar. KİV-in yaydığı xəbərə görə, sürücü idarəetməni itirərək yoldan çıxıb və yaşayış evinin üzərinə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi