Portuqaliya Fələstini tanımağa hazır olduğunu bəyan edib

Portuqaliya Fələstini tanımağa hazır olduğunu bəyan edib Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada da Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib
Digər ölkələr
13 Dekabr , 2014 05:30
Portuqaliya Fələstini tanımağa hazır olduğunu bəyan edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Portuqaliya parlamenti ölkə hökumətinə müraciət edərək Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

"Report"un İnterfaks Agentliyinə istinadən verdiyi məlumata görə, bunanla bağlı qəbul edilmiş xüsusi qətnamədə qeyd olunur ki, Avropa İttifaqı ilə sıx əməkdaşlıqda Fələstini müstəqil və suveren dövlət vahidi kimi tanımaq vacibdir.

Bununla belə, Portuqaliyanın xarici işlər naziri Rui Maşete bəyan edib ki, rəsmi Lissabon Fələstin dövlətini tanımaq üçün münasib bir zaman seçəcək.

Bundan əvvəl Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib. Oktyabr ayının sonunda isə İsveç Fələstini müstəqil dövlət olaraq tanıdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi