Poroşenko: “Normand dördlüyü” heç bir sənəd imzalamayıb

Poroşenko: “Normand dördlüyü” heç bir sənəd imzalamayıb “Biz, Minsk sazişlərinin tətbiqinin sürətləndirilməsi məsələsini müzakirə etdik”.
Digər ölkələr
4 Oktyabr , 2015 23:04
Poroşenko: “Normand dördlüyü”  heç bir sənəd imzalamayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Cümə günü Parisdə keçirilən “Normand dördlüyü” liderlərinin görüşü zamanı heç bir sənəd imzalanmayıb. “Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidenti Pyotr Poroşenko məlumat verib.

“Biz, Minsk sazişlərinin tətbiqinin sürətləndirilməsi məsələsini müzakirə etdik”, - deyən Ukrayna lideri, gündəlikdə yeni sənədlərin olmadığını qeyd edib.

Poroşenko həmçinin deyib ki, rəsmi Kiyev ancaq Donbas regionunun qanuni seçilmiş liderləri ilə dialoq aparmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi