Poroşenko həmkarı Lukaşenkodan üzr istəyib

Poroşenko həmkarı Lukaşenkodan üzr istəyib Ukrayna prezidenti təyyarə insidenti ilə bağlı günahkarların cəzalandırıldığını bildirib
Digər ölkələr
10 Noyabr , 2016 23:10
Poroşenko həmkarı Lukaşenkodan üzr istəyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko "Belavia" aviaşirkətinə məxsus mülki təyyarə ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib.

"Report" xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən "BelTA" məlumat yayıb.

Poroşenko həmkarına günahkarların cəzalandırıldığını bildirib.

Ukrayna tərəfi oktyabrın 21-də Kiyev aeroportundan uçan Belarusa məxsus "Boeing" təyyarəsini sərhədi keçməmiş paytaxta geri qaytarıb və pilotları əks təqdirdə havaya döyüş təyyarələrinin qaldırılacağı ilə hədələyib.

Təyyarə eniş etdikdən sonra ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları göyərtədə olan erməni jurnalist Armen Martirosyanı yerə endiriblər, lakin bir müddətdən sonra onu sərbəst buraxıblar. Ukraynanın Təhlükəsizlik Xidmətindən bildirilib ki, layner güc strukturlarının milli təhlükəsizlik üçün təhlükənin yoxluğuna əmin olmaqdan ötrü geri qaytarılıb.

Minskə uçan təyyarənin göyərtəsində 136 sərnişin və 6 heyət üzvü olub. Rəsmi Minsk insidentlə əlaqədar Kiyevə rəsmi etirazını bildirib.

Son xəbərlər

Orphus sistemi