Bakı. 2 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, ölkənin cənub-şərqində gedən silahlı münaqişəni ATƏT-in Donbasa göndərə biləcəyi silahlı polis missiyası həll edə bilər.
"Report" xəbər verir ki, bu barədə o Vaşinqtonda keçirilən nüvə sammitindən sonrakı brifinq zamanı bildirib.
"Problemin həlli variantlarından biri ATƏT-in silahlı polis missiyası şəklində beynəlxalq təhlükəsizlik komponentidir", — deyə Poroşenko əlavə edib.
O eyni zamanda qeyd edib ki, bunun üçün ATƏT-in müvafiq qərarı lazımdır.