Pompeonun Şimali Koreyaya səfəri təxirə salınıb

Pompeonun Şimali Koreyaya səfəri təxirə salınıb Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət katibindən Şimali Koreyaya planlaşdırılan səfərindən imtina etməyi xahiş etdiyini bildirib.
Digər ölkələr
25 Avqust , 2018 02:16
Pompeonun Şimali Koreyaya səfəri təxirə salınıb

Bakı. 25 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət katibindən Şimali Koreyaya planlaşdırılan səfərindən imtina etməyi xahiş etdiyini bildirib.

“Report” xəbər verir ki, o bunu öz "Twitter" səhifəsində yazıb.

Tramp Pompeoya səfərini təxirə salmağı KXDR-in nüvəsizləşdirmə prosesində kifayət qədər irəliləyişin olmaması səbəbindən təxirə salmaq göstərişi verdiyini deyib.

O, Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi planında münasibətlərin gərgin olması səbəbindən Çinin Şimali Koreyanın nüvə silahsızlaşdırılması prosesində yardım edəcəyinə inanmadığını əlavə edib.

Prezident qeyd edib ki, Pompeonun səfəri ABŞ və Çin arasında ticarət sövdələşməsi əldə olunduqdan sonra baş tuta bilər.

Son xəbərlər

Orphus sistemi