Pompeo və Maas Liviyada barışıq məsələsini müzakirə ediblər

Pompeo və Maas Liviyada barışıq məsələsini müzakirə ediblər ABŞ dövlət katibi Mayk Pompeo Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Hayk Maasla Liviyada barışıq məsələsini müzakirə edib.
Digər ölkələr
19 Yanvar , 2020 19:49
Pompeo və Maas Liviyada barışıq məsələsini müzakirə ediblər

ABŞ dövlət katibi Mayk Pompeo Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Hayk Maasla Liviyada barışıq məsələsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət katibi Pompeo və nazir Maas Liviyada barışıq dəstəyinə beynəlxalq səylərin davam etdirilməsini, siyasi prosesə və xarici müdaxilənin sonuna qayıdışı müzakirə ediblər", - xəbərdə deyilir.

Hər iki tərəf həmçinin Liviyanın müstəqilliyini dəstəkləyib.

Bundan başqa, Pompeo və Maas Əfqanıstan, İran məsələlərini də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi