Yuxarı

Pompeo Liviya üzrə konfransda iştirak üçün Berlinə gedib

​Pompeo Liviya üzrə konfransda iştirak üçün Berlinə gedib

ABŞ dövlət katibi Mayk Pompeo Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün Berlinə gedib.

“Report” xəbər verir ki, bununla bağlı ABŞ rəsmisi özünün “Twitter”dəki səhifəsində yazıb.

"Dünya liderləri və BMT nümayəndələri ilə birlikdə Liviyada döyüş hərəkətlərinin sonu üzrə işlə məşğul olmaq üçün Berlinə gəldim. Qəbula və bu əhəmiyyətli təşəbbüsü idarə etdiyi üçün Almaniyaya təşəkkür", - deyə ABŞ dövlət katibi özünün “Twitter”dəki səhifəsində yazıb.

Daha əvvəl bildirilirdi ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi də Liviya üzrə beynəlxalq konfransda iştirak etmək üçün təyyarə ilə Almaniyaya gəlib. Eyni zamanda Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftar, habelə Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarraj da Berlinə səfər ediblər.

Almaniya paytaxtında Liviya üzrə beynəlxalq konfrans bu gün keçiriləcək. Berlin konfransına Rusiya, Əlcəzair, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin, ABŞ, Türkiyə, Fransa dəvət ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi