Pompeo Kim Çen Inla sammitin yeri və vaxtını müəyyən edəcəyinə ümid bəsləyir

Pompeo Kim Çen Inla sammitin yeri və vaxtını müəyyən edəcəyinə ümid bəsləyir Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo KXDR lideri Kim Çen In ilə görüşün sonunda sammit üçün yer və tarixin müəyyən ediləcəyinə ümid bəsləyir.
Digər ölkələr
6 Oktyabr , 2018 06:34
Pompeo Kim Çen Inla sammitin yeri və vaxtını müəyyən edəcəyinə ümid bəsləyir

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo KXDR lideri Kim Çen In ilə görüşün sonunda sammit üçün yer və tarixin müəyyən ediləcəyinə ümid bəsləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

"Ən pis halda sədr Kimin ABŞ prezidenti ilə yenidən görüşəcəyi yer və vaxtla bağlı variantlar üzərində işə başlayacağımıza ümid edirik. Hələlik nə yer, nə də tarix var", — deyə Pompeo bildirib.

O deyib ki, ABŞ-ın şimali koreyalı tərəfdaşlarla nüvəsizləşdirməyə nail olmaqla bağlı danışıqları davam edir.

Mayk Pompeo oktyabrın 7-də Pxenyana səfər edəcək və orada KXDR lideri Kim Çen Inla görüşəcək.

Son xəbərlər

Orphus sistemi