Yuxarı

Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü səhər KXDR lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Tokiodan Pxenyana uçub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Şənbə günü Pompeo Yaponiyanın baş naziri Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə danışıqlar aparıb. Tərəflər KXDR-in nüvəsizləşdirilməsinə nail olmaqda qətiyyətliliklərini bir daha təsdiq ediblər və Pompeo Pxenyanda aparılması gözlənilən danışıqlarda Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşları mövzusuna toxunacağına dair vəd verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi