Yuxarı

Pompeo ilə Moqerini Rusiya və Ukrayna məsələsini müzakirə ediblər

​Pompeo ilə Moqerini Rusiya və Ukrayna məsələsini müzakirə ediblər

ABŞ-ın dövlət katibi Mayk PompeoAvropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Rusiya, Ukrayna, Venesuela və İran daxil da olmaqla, bir sıra beynəlxalq məsələləri müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

"ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, tərəflər Birləşmiş Ştatlarla Avropa İttifaqı arasındakı münasibətləri və bir sıra ümumi məsələləri, problemləri müzakirə ediblər.

Müzakirələrdə həmçinin Avropanın müdafiəsi və təhlükəsizliyi, Əfqanıstan, Kuba, İran, Liviya, Moldava, Qərbi Balkanlar, Rusiya, Ukrayna və Venesuela məsələlərinə toxunulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi