ABŞ-ın dövlət katibi Maykl Pompeo İraqda Balad təyyarə bazasının atəşə tutulmasına hiddətini ifadə edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün
ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri İraq hakimiyyətini təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıb.
"İraq təyyarə bazasının daha bir raket atəşi haqqında xəbərlərdən qəzəbli", - o bildirib.
Pompeo İraq hökumətini İraq xalqına hücumda təqsirkar olanları məsuliyyətə cəlb etməyə çağırıb.
"Bu, İraq hökumətinə loyallıq göstərməyən qruplar tərəfindən İraqın suverenliyinin davam edilən pozulmaları qurtarmalıdır", - Amerika diplomatiyasının başçısı əlavə edib.
Daha əvvəl İraqda ABŞ həbçilərinin yerləşdirildiyi "Balad" bazası atəşə tutulub. Atəş nəticəsində dörd hərbçi xəsarət alıb. Yaralıların İraq hərbçiləri olduğu bildirilir.