Yuxarı

ABŞ-ın dövlət katibi: “Əfqanıstandakı fəaliyyətimizi bacardığımız qədər tez məhdudlaşdıracağıq”

Pompeo: "Əfqanıstandan çıxmağımızın dəqiqi müddəti yoxdur"

“Biz Əfqanıstandakı əməliyyat fəaliyyətimizi bacardığımız qədər tez məhdudlaşdıracağıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağı dəqiq tarix müəyyən edilməyib, ancaq Ağ ev bunu qısa müddətə etmək niyyətindədir.

Dövlət katibi vurğulayıb ki, ABŞ hərbçilərinin mövcudluğu müddətini azaldılması Əfqanıstanda terrorçuluğun aradan qaldırılması planına uyğun olmalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi