Yuxarı

Pompeo Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb

​Pompeo Çavuşoğlu ilə söhbətində Türkiyəni dialoqa çağırıb

ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

Birləşmiş Ştatların dövlət rəsmisi bildirib ki, telefon söhbətində rəsmi Ankaranı Suriya üzrə dialoqa qayıtmağa çağırıb.

"Dünən Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışdım, Türkiyəni hərbi əməliyyatı qurtarmağa və Suriyanın şimal-şərqində təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-la dialoqa qayıtmağa çağırdım", - deyə Pompeo "Twitter"də yazıb.

Bu, ABŞ-ın Türkiyənin üç nazirinin adlarını sanksiyalar siyahısına saldıqdan sonra tərəflər arasında ilk danışıqdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi