Yuxarı

Mayk Pompeo ABŞ üçün əsas təhlükənin nə olduğunu açıqlayıb

​Pompeo ABŞ üçün əsas təhlükənin nə olduğunu açıqlayıb

77

"Huawei" şirkətinin Çin hökuməti ilə əlaqələri Vaşinqton üçün əsas təhlükədir".

"Report" "Fox News"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Onun sözlərinə görə, şirkət Çin hökuməti ilə sıx bağlıdır.

Dövlət katibi həmçinin ABŞ şirkətlərinin hökumətlə başqa cür qarşılıqlı əlaqə yaratdığını əlavə edib. Pompeo vurğulayıb ki, ABŞ-da prezidentlər özəl şirkətləri idarə etmirlər.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi mayın 17-dən etibarən Çinin "Huawei" şirkətini və onunla əlaqəli hüquqi şəxsləri milli təhlükəsizliyə təhdid səbəbi ilə qara siyahıya salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi