Yuxarı

Polşada yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb

Polşada yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb
Daha 24 nəfər xəsarət alıb

Bakı. 4 mart. REPORT.AZ/ Polşanın Poznan şəhərində məişət qazının partlaması nəticəsində yaşayış binasının bir hissəsi uçub. Hadisə zamanı azı 4 nəfər həlak olub, daha 24 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi məlumatlara istinadən "Interia Fakty" nəşri yazıb.

Xilasedicilər hadisə yerində dağıntılar altında sağ qaldığı ehtimal edilən insanların axtarışlarını davam etdirirlər. Dağıntıların aradan qaldırılması üçün ekskavatordan istifadə olunur.

Hadisə yerində 160 xilasedici, 30 yanğınsöndürən, polis və həkim işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi