Bakı. 18 avqust. REPORT.AZ/ Polşada Ukrayna turistlərini gəzdirən ekskursiya avtobusunun aşması nəticəsində 3 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.
"Report"un verdiyi xəbərə görə, bu barədə TVN24 yanğın xidmətinə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, avtobus Lvovdan olan turistləri daşıyan zaman aşıb.
Məlumata görə, 51 nəfər xəstəxanaya yerləşdirilib.