Yuxarı

Polşada təyyarə qəzası baş verib, ölənlər var

Polşada təyyarə qəzası baş verib, ölənlər var
Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir

Bakı. 22 noyabr. REPORT.AZ/ Polşada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "TVN24" telekanalı xəbər verib.

Məlumata görə, hadisə Çenstoxov şəhərinin Rudnik yaşayış məntəqəsində baş verib. Qəza zamanı 2 nəfər həlak olub.

Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir. Qəza yerində yanğınsöndürmə texnikası işləyir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi