Polşada sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var - FOTO

Polşada sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var - FOTO Bakı. 7 dekabr. REPORT.AZ/ Polşada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.
Digər ölkələr
7 Dekabr , 2018 04:28
Polşada sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var - FOTO

Bakı. 7 dekabr. REPORT.AZ/ Polşada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli polisin "facebook"da yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, hadisə zamanı sərnişin avtobusunda ümumilikdə 51 nəfər olub. Qəza zamanı onlarla insan xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.   

İlkin versiyaya görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. Bundan sonra avtobus yoldan çıxıb və aşıb. 


***02:16

Polşada sərnişin avtobusu qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli polisə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə Aşağı Sileziya ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yoldan çıxaraq aşıb.

Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 14-nün yarasının ağır olduğu bildirilir.

Hadisə zamanı daha 5 nəfər itkin düşüb. İtkinlərin axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi