Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Polşada prezident seçkilərinin ikinci turu keçirilir Müxalif "Hüquq və Ədalət" Partiyasının namizədi Anjey Duda favorit hesab olunur.
Digər ölkələr
24 May , 2015 10:08
Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Bakı. 24 May. REPORT.AZ/ Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

"Report" xəbər verir ki, sosioloji tədqiqatlara əsasən, müxalif "Hüquq və Ədalət" Partiyasının namizədi Anjey Duda favorit hesab olunur. Onun hazirki prezident Bronislav Komorovskidən təxminən yarım faiz çox səs toplayacağı görlənilir.

Əyər rəsmi nəticələr bu proqnozlarla örtüşsə, müxalifət nümayəndəsi 45,8 faiz səslə yeni prezident elan olunacaq.

Qeyd edək ki, səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və axşam saat 21.00-dək fəaliyyət göstərəcək.

Birinci turda 11 namizəddən heç biri 50 faiz səs toplaya bilməmişdi. 

Son xəbərlər

Orphus sistemi