Polşada prezident seçkilərinin ilk turu qalibi müəyyən etmədi

Polşada prezident seçkilərinin ilk turu qalibi müəyyən etmədi Seçkilərin ikinci turuna Komorovski və Duda qatılacaq
Digər ölkələr
11 May , 2015 01:42
Polşada prezident seçkilərinin ilk turu qalibi müəyyən etmədi

Bakı. 11 May. REPORT.AZ/ Ötən gün Polşada keçirilən dövlət başçısı seçkilərinin ilk turunda 11 namizəddən heç birisi qələbə üçün kifayət qədər miqdarda səs toplaya bilməyib.

"Report"un Lenta.Ru saytına istinadən verdiyi xəbərə görə, exit-poll-a əsasən hazırkı dövlət başçısı Bronislav Komorovski prezident yarışmasının lideri görünsə də seçicilərin ancaq 32.2 faizinin dəstəyini ala bilib.

Komorovskinin əsas rəqibi olan "Qanun və Ədalət" müxalifət partiyasından olan namizəd Anjey Duda isə səslərin 34.8 faizini toplayıb.

Seçkiqabağı yarışmanın ən böyük gözlənilməzliyi rok musiqiçisi Pavel Kukizu isə səslərin 20.3 faizini yığıb. Bu isə ikinci tura keçməyə kifayət etməyəcək.

Sorğu nəticələri Mərkəzi Seçki Komissiyasının bü günkü rəsmi rəyi ilə üst-üstə düşsə seçkilərin ikinci turuna Komorovski və Duda qatılacaq.

Son xəbərlər

Orphus sistemi