Polşada prezident seçkilərinin "exit-poll"unun nəticələri açıqlanıb

Polşada prezident seçkilərinin "exit-poll"unun nəticələri açıqlanıb Polşanın hazırkı prezidenti Anjey Duda və müxalifətdən olan namizəd Rafael Tşaskovski prezident seçkilərinin ikinci turuna çıxıb.
Digər ölkələr
28 İyun , 2020 23:48
Polşada prezident seçkilərinin exit-pollunun nəticələri açıqlanıb

Polşanın hazırkı prezidenti Anjey Duda və müxalifətdən olan namizəd Rafael Tşaskovski prezident seçkilərinin ikinci turuna çıxıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Ipsos” Sosioloji Laboratoriyası tərəfindən keçirilmiş “exit-poll”un məlumatlarında bildirilir.

Qeyd edək ki, bu gün Polşada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə 11 namizəd iştirak edib. Seçki məntəqələri yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00-da) bağlanıb.

“Exit-poll”un məlumatına görə, Dudaya 41,8% seçici səs verib, onun rəqibi Tşaskovskini isə seçicilərin 30,4%-i dəstəkləyib.

Siyahıda üçüncü yeri müstəqil namizəd Şimon Xolovnya tutub. Seçicilərin 13,3%-i ona səs verib. 

Son xəbərlər

Orphus sistemi