Yuxarı

Polşada prezident seçkiləri təxirə salına bilər

Polşada prezident seçkiləri təxirə salına bilər

Polşa Prezidenti Andjey Duda yeni koronavirusun yayılması üzündən mayın 10-da keçiriləcək prezident seçkilərinin təxirə düşməsi ehtimalının olduğunu bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı TVP (Polşa Televiziyası) telekanalında çıxışı zamanı deyib:

“Əgər bu epidemiya daha da artsa, biz də hazırda qüvvədə olan məhdudiyyətlərə və intizama əməl etməli olsaq, məncə seçkilərin mövcud tarixini saxlamaq mümkün olmayacaq”.

Hazırda koronavirusa görə ölkədə seçki kampaniyası əslində dondurulmuş vəziyyətdədir. Ötən gün qüvvəyə minən qaydaya görə karantin altında olanlar, həmçinin 60 yaşından yuxarı olan şəxslər səslərini elektron poçtla verməlidir.

Bununla bağlı ana müxalifət olan Vətəndaş Koalisiyası Partiyasının lideri Borıs Budka da seçkilərin “yalnız təhlükəsiz şəraitdə, yəni hər kəsin qorxu keçirmədən səs verə biləcəyinə əmin olduğu bir şəraitdə” keçirilməsinin vacibliyini, hazırda “başlıca məqsədin epidemiyanın yayılmasını dayandırmaq” olduğunu açıqlamışdı.

Keçirilən rəy sorğuları da əhalinin 70 faizindən çoxunun seçkiləri təxirə salmaq tərəfdarı olduğuna dəlalət edir.

Hazırda Polşada koronavirusa yoluxanlar 1 717 nəfərdir, 19 nəfər ölüb. Ölkədə ciddi karantin rejimi tətbiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi