Polşada parlament seçkiləri ilə bağlı səsvermə başlayıb - YENİLƏNİB

Polşada parlament seçkiləri ilə bağlı səsvermə başlayıb - YENİLƏNİB Polşada növbəti parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.
Digər ölkələr
13 Oktyabr , 2019 09:18
Polşada parlament seçkiləri ilə bağlı səsvermə başlayıb - YENİLƏNİB

Polşada növbəti parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da açılan seçki məntəqələri axşam saat 21:00-da bağlanacaq.

Seçkilərdə səs verəcək 30 milyon 111 min polyak Seymin 460 deputatını - parlamentin aşağı palatasının nümayəndələrini və Yuxarı palatanın 100 senatorunu seçəcəklər.

Seymin deputatları proporsional qaydada 41 çoxmandatlı dairədən seçiləcək. Bunun üçün partiyalar 5 faizlik baryeri aşmalıdırlar. Senatın 100 üzvü isə birmandatlı dairələrdən seçiləcək.

Seymdə yerlər uğrunda 5112, senator vəzifələri uğrunda 278 namizəd mübarizə aparır.Bundan başqa, polyaklar seçki məntəqələrinin fəaliyyət göstərəcəyi başqa ölkələrdə də səs verə biləcəklər. 


***02:19

Bu gün Polşada növbəti parlament seçkiləri keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə seçiciləri Seymin 460 deputatını - parlamentin aşağı palatasının nümayəndələrini və Yuxarı palatanın 100 senatorunu seçəcəklər.

Seymdə yerlər uğrunda 5112, senator vəzifələri uğrunda 278 namizəd mübarizə aparır.

Seçki məntəqələri bütün ölkə üzrə yerli vaxtla saat 07:00-da açılacaq və saat 21:00-da bağlanacaq. Bundan başqa, polyaklar seçki məntəqələrinin fəaliyyət göstərəcəyi başqa ölkələrdə də səs verə biləcəklər. Seçkilərdə 30 milyon 111 min polyak səs verəcək. 

Son xəbərlər

Orphus sistemi