Polşada maska taxmaq məcburiyyəti aradan qaldırılır

Polşada maska taxmaq məcburiyyəti aradan qaldırılır Polşada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yenidən yumşaldılır.
Digər ölkələr
30 May , 2020 05:35
Polşada maska taxmaq məcburiyyəti aradan qaldırılır

Polşada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yenidən yumşaldılır.

“Report” xəbər verir ki, hökumətin qərarına əsasən ölkədə COVID-19-a qarşı maska taxmaq məcburiyyəti bu gündən aradan qaldırılır. Lakin insanlar arasında iki metr məsafə saxlanılması vacibdir.

Ancaq bəzi ictimai yerlərdə, xüsusən mağazalarda, kinoteatrlarda maska və ya şarp geyinmək məcburidir. 

Həmçinin yaxın günlərdə artıq 150 nəfərədək insanın toplanmasına da icazə veriləcək.

Aprelin 20-dən etibarən ölkənin bütün parkları və meşələri ictimaiyyətə açıq olacaq, ərzaq mağazalarında bir dəfəyə olmasına icazə verilən insan sayı çoxaldılacaq. Ölkə sərhədləri isə ən azı mayın 3-dək bağlı qalacaq.

Son xəbərlər

Orphus sistemi