Polşada koronavirusdan ölənlərin sayı artıb

Polşada koronavirusdan ölənlərin sayı artıb Polşada daha 152 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
8 Aprel , 2020 13:06
Polşada koronavirusdan ölənlərin sayı artıb

Polşada daha 152 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınan yoluxma hallarının sayı 5 000-ə yüksəlib.

Bundan başqa, ötən sutkada virus qurbanlarının sayında da artım müşahidə edilib. Belə ki, son bir gündə virusdan ölənlərin sayı daha 7 nəfər artaraq 136-ya çatıb.

Qeyd edək ki, Polşada koronavirusa ilk yoluxma faktı martın 4-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 435 000-i ötüb. Bunların 303 007 nəfəri sağalıb, 82 210 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi