Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib Sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər və bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar
Digər ölkələr
9 İyul , 2017 14:48
Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

Bakı. 9 iyul. REPORT.AZ/ Polşanın şərqindəki Belostok və Suprasl şəhərlərində 10 min insan yol işləri zamanı aşkarlanmış və İkinci Dünya Müharibəsindən qalmış bomba ilə əlaqədar təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polşa məmuruna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər. Onlar bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar.

Belostok meriyasının mətbuat katibi Anna Kovalska bildirib ki, həmin ərazidə 10 minə yaxıın insan yaşayır.

500 kiloqramlıq ST-500 alman bombası iyulun 6-da aşkarlanıb. Mütəxəssislər onu xüsusi avtomobilə yükləyərək atış mərkəzində zərərsizləşdirəcəklər. 

Son xəbərlər

Orphus sistemi